YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Binəqədi rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Səkinə Babayeva, Həcər Mirzəyeva, qazi Zakif Abbasov çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkəmizin qazandığı uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Məhz həyata keçirilən düzgün və məqsədyönlü siyasət Azərbaycanı bu gün regionun ən güclü dövlətinə çevirib.

Natiqlər vurğulayıb ki, görülən işlərə ən yüksək qiyməti Azərbaycan xalqı verir. Əminliklə vurğulanıb ki, 7 fevral tarixində xalq  qalib Liderin ətrafında sıx birləşərək, ölkəmizin parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunun müxtəlif ərazilərində seçicilərlə məhəlli görüşlər də keçirilib.