YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlarımızın davamı üçün...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Qaradağ rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Əfrasiyab Dadaşov, Fatimə Osmanova, Leyla Əsədullayeva və başqaları çıxış ediblər. Natiqlər 20 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən geniş bəhs ediblər. Onlar seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və uğurlarımızın davamı üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər xalqımızın daha parlaq gələcəyi naminə Zəfər seçkilərində qalib Lider İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

Həmin gün həmçinin Lökbatan qəsəbəsində şəhid ailələri, qazilər və veteranların yaşadığı binada seçicilərlə görüş keçirilib.

Görüşdə prezident seçkilərinin ölkəmiz üçün əhəmiyyəti xüsusi vurğulanıb. Natiqlər seçiciləri fevralın 7-də fəallıq göstərərək cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən şəhid ailəsinin üzvü Esmira Rüstəmova, qazilər Qafqaz Əhmədov, Əlibala Talıbov, Əvəz İsmayılov və Azər Hüseynov prezident seçkilərində Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Həmin gün təşviqat qrupunun üzvləri Qaradağ rayonunun Qobustan qəsəbəsində məhəllə görüşləri də keçiriblər.