Seçki-2024
Müstəqillik, uğur və qələbə simvolu
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Xızı rayon təşkilatında ilk dəfə səs verəcək seçicilər ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvü Həbib Kərimov çıxış ediblər. Çıxışlarda cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasından geniş bəhs edilib.
Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Seçicilər də fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.