YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın seçimi dəyişməzdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Göyçayda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid atası Akif Kərimov, Vətən müharibəsi qazisi Samir Süleymanov, təşviqat qrupunun üzvləri  Firəngiz Məmmədyarova və Xəlil Orucov çıxış ediblər. Çıxışlarda  cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə görülən misilsiz işlərdən, uğurlardan, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsindən  geniş bəhs edilib. 

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər.