YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın arzusu gerçəkləşib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Astara rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Elnur Rüstəmov və Natiq İbadov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının müstəqillik dönəminin ən böyük uğuru olduğu bildirilib. Son 20 il ərzində bütün sahələrdə əldə olunan bütün uğurlara görə cənab İlham Əliyevə minnətdarlıq ifadə edilib. Vurğulanıb ki, yeni hədəflərin uğurla reallaşdırılması üçün prezident seçkilərində xalqın cənab İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyi şübhəsizdir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.  

Həmçinin, həmin gün Astara şəhərində və Ərçivan qəsəbəsində seçicilərlə məhəlli görüşlər keçirilib.