YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclərin seçimi alternativsiz Liderdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Culfa rayonunda gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri Ədalət Əhmədov, İsmayıl İmanov, Rəqsanə Qurbanova, Zaur Ələsgərli, Pınar Ələsgərsoy, Vüsal Məmmədov, Ramiyyə Abbasova çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, müzəffər və yenilməz Ordumuzun şücaəti sayəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən danışılıb. Gənclərimizə ölkəmiz üçün növbəti prezident seçkilərinin siyasi əhəmiyyəti barədə məlumat verilib. Ölkəmizdə son illərdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıblar.

Öz növbəsində çıxış edən seçicilər alternativsiz Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.