YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Daşkəsən rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Daşkəsən rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Milli Məclisin deputatı Kamran Bayramov, təşviqat qrupunun üzvü Cavanşir Qocayev, şəhid anası Qızbəs Abbasova və başqaları çıxış ediblər. Qeyd edilib ki, bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini tam bərpa edibsə, bunun əsas səbəbi dövlət başçısının ali siyasi iradəsi və Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin olmasıdır.

Natiqlər seçiciləri ölkəmizin inkişafını təmin edən siyasəti, Azərbaycana möhtəşəm Zəfərlər qazandıran cənab  İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Seçicilər fevralın 7-də yekdilliklə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.