YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cəlilabad rayonunda seçicilərlə növbəti görüş...

2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Cəlilabad rayonunda gənclər, o cümlədən idmançılar və Günəşli kəndində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri  bir  dəqiqəlik sükutla yad edilmişdir.

Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı elman Nəsirov,  təşviqat qrupunun üzvləri Yeganə Rzayeva, şəhid atası Zakir Ağayev, Vaqif Bünyatov, İlham Məmmədov, Abas Zülfüqarov, Şəhriyar Əsgərov, Rəfiqə Əliyeva, Aydın Səfərov, Mahirə Bayramova və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.

Görüşlər zamanı Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından, son 20 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan geniş bəhs edilib. Diqqətə çatdırılıb ki, cənab İlham Əliyev verdiyi bütün vədlərini yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət və misilsiz möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Tarixi Zəfərin qazanılmasında gənclərimiz əsl qəhrəmanlıq nümunəsi göstəriblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.