Seçki-2024
Seçimimiz gələcəyimizi etibar etdiyimiz Qalib Liderdir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Kəngərli rayonunun Yurdçu kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə təşviqat qrupunun üzvləri Əfsanə Hüseynova, Salman Quluzadə, qazi Nicat Süleymanov çıxış ediblər. Natiqlər cənab İlham Əliyevin siyasi uzaqgörənliyi, dərin zəkası və sarsılmaz iradəsi nəticəsində ölkəmizin ötən illər ərzində sürətli inkişaf yolu keçərək dünyanın qabaqcıl ölkələrindən biri halına gəlib çıxdığını vurğulayıblar. Qeyd olunub ki, qalib Liderin siyasəti Azərbaycanı 20 illik müddətdə, sözün əsl mənasında, qüdrətli dövlətə çevirib, stratejik addımlar nəticəsində bütün sahələrdə yüksək inkişaf tempi əldə edilib.
Natiqlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Qeyd edək ki, Kəngərli rayonunun Böyükdüz, Çalxanqala, Xok, Təzəkənd, Yeni Kərki kəndlərində fərdi görüşlər də keçirilib.