YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ucarda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Ucarda seçicilərlə görüş keçirilib. 

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Milli Məclisin deputatı Ramil Həsən, təşviqat qrupunun üzvləri şəhid atası Əli Vəliyev, Mirzalı Ağamalıyev, Yaqut Zeynalova və Yusif Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən etibarən bütün sahələrdə inkişafın təmin edilməsi üçün yerində, lazımi addımlar atmış, Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başlamışdır. Bu gün onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək naminə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.