YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gücünü xalqdan alan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Qəbələdə seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Milli Məclisin deputatı Ramil Həsən,  təşviqat qrupunun üzvləri Esmira Əsədova, Qalib Nəbiyev, Tahir Hacıyev  çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər seçki günü məntəqələrə gedərək Azərbaycanı bütün dünyada qüdrətli ölkə, bizləri qalib xalq kimi uca zirvəyə qaldıran Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qəbələ şəhəri “Heydər Əliyev prospekti 39” ünvanında da seçicilərlə görüş keçirilib.