Seçki-2024
“Qalib Liderimiz gənclərin böyük himayədarıdır!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəki şəhərində gənc seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İsgəndərov, təşviqat qrupunun üzvləri Vüqar Qafurov, Rafik Səmədov, Bünyad İsmayılov, Gültəkin Qasımova çıxış ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin Vətən müharibəsində böyük Zəfərin qazanılmasında mühüm rol oynadıqları vurğulanıb. “Qalib Liderimiz gənclərin böyük himayədarıdır!”,- deyə vurğulanıb.
Natiqlər gəncləri prezident seçkilərində fəal iştirak etməyə, tərəqqiyə və parlaq gələcəyə səs verməyə dəvət ediblər.
Gənclər də çıxışlarında qalib xalqın qalib Lideri İlham Əliyevi dəstəklədiklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.