Seçki-2024
Yeni zirvələr fəth edəcəyik!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xocavənd rayonundan olan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşviqat qrupunun üzvləri Mürsəl Behbudlu və Anar İbrahimov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, müasir tariximizin şanlı səhifələrini yazan dövlətimizin başçısı İlham Əliyev xalqımızın 30 illik həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. Bununla da tarixi zəfərin memarı olan İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına qalib xalqın qalib Lideri olaraq əbədi yazdı.
Natiqlər seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış ediblər.
Seçicilər də öz növbəsində fevralın 7-də xalqımızın Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri şəhid Soltan Bayramovun və müharibə veteranı Mehdi Hüseynovun ailələrini ziyarət ediblər.