Seçki-2024
Qalib Azərbaycan üçün yeni perspektivlər yaranıb
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xəzər rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşviqat qrupunun üzvləri Müşviq Əliyev, Təvəkkül Səlimov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb.
Natiqlər yeni dövrdə yeni qələbələrə imza atmaq naminə hər kəsi seçki günü fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.