YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Gücümüz birliyimizdədir!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ordubad rayonunda  seçicilərlə görüş keçirilib.   

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ordubad rayon təşkilatının sədri  Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Fərrux Nağızadə və Bağır İsgəndərov çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, hazırda Azərbaycan regionun qalib ölkəsi kimi qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində hamılıqla  məntəqələrə gedərək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. “Qalib xalq kimi gücümüz birliyimizdədir!”,- deyə vurğulanıb.