YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şəmkirdə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Şəmkir rayonunun Çənlibel, Hacallar, Şeyidlər, Ələsgərli və Daşbulaq kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvləri Nizami Əhmədov, Elvira Allahverdiyeva, Famil Həmidov, Zamir Güvəndiyev və Ayaz Orucov çıxış ediblər. Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan tarixi Zəfər, işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə yazılıb.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.