YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib xalqın Zəfər seçkisi...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Mehriban Ələkbərzadə, Zamiq Əliyev, Azad Rzayev və Tünzalə Zeynalova çıxış ediblər. Çıxışlarda 7 fevral tarixində seçkilərdə hər kəsin fəal olması və cənab İlham Əliyevə səs vermələri üçün çağırışlar edilib. “Qalib xalqın Zəfər seçkisi yeni mərhələnin başlanğıcı olacaq”,- deyə qeyd olunub.

Çıxış edən seçicilər də qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.