Seçki-2024
Azərbaycan xalqı alternativsiz Liderinin ətrafında sıx birləşib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Suraxanı rayonunda seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşviqat qrupunun üzvü Gülayə Səfərova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, fevralın 7-də Azərbaycan xalqı özünün seçmək hüququnu ilk dəfə Azərbaycanın bütün ərazilərində yerinə yetirəcək. 20 illik fəaliyyəti dövründə xalqımıza verdiyi bütün vədləri yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs bayrağımızı işğaldan azad edilmiş bütün bölgələrimizdə dalğalandırdıqdan sonra keçiriləcək bu seçkiləri Zəfər seçkisi də adlandırmaq olar. Bu seçki eyni zamanda qalib Prezidentin özünəinamının və xalqın siyasi dəstəyinə əminliyinin ifadəsi, ölkəmizdə növbəti islahatların aparılması üçün yeni bir başlanğıc olacaq.
Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.
Seçicilər isə fevralın 7-də xalqımıza Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.