YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“İlham Əliyevin Liderliyi ilə müasir dövlətçilik tariximizin şanlı səhifələri yazılır”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, təşviqat qrupunun üzvləri Nərgiz Babayeva, Əli Həsənli və Oruc Əhmədov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə qazanılan uğurlardan bəhs edilib. Qeyd olunub ki, bu gün Azərbaycanın müasir dövlətçilik tarixinin şanlı səhifələri yazılır. Cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət onun bu seçkilərdə alternativsiz namizəd olduğunu bir daha təsdiq edir.

Seçicilər isə son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.