YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni zəfərlər naminə qalib Liderimizi dəstəkləyirik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunda görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Emin Rəhimov, Musavər Musayev, Məhbubə Vəliyeva, Aydın Talışınskiy və Məhəbbət İbrahimova çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir lider olduğunu bildiriblər.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəmizə uğurla rəhbərlik edən Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər. “Yeni zəfərlər naminə qalib Liderimizi dəstəkləyirik”,- deyə vurğulanıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.