Seçki-2024
Bu sevinci bizə yaşadan Lider İlham Əliyevdir!
Mehriban Ələkbərzadə
Əməkdar incəsənət xadimi
Mənim ölkəmin, məmləkətimin, ən əsası da dövlətimin Lideri, Ali Baş Komandanım İlham Əliyev bizi qalib nəsil etdi. Xəyallarımızı gerçəkləşdirdi. Arzularımızı reallığa çevirdi.
Bəlkə də, bizim təcrübədə olub, mən xatırlamıram. İlk dəfədir ki, xalq, millət, iqtidar, hakimiyyət kimi müxtəlif mənalar daşıyan bu ifadələr və var oluşlar indi bir adda - DÖVLƏT adı altında mütləqdir. Biz bu gün indiyə qədər hələ heç vaxt dövlətimizlə bu qədər qürur duymamışıq. Və bu gün biz ayrı-ayrılıqda nə millət, nə iqtidar, nə xalq, nə hakimiyyət deyil, böyük anlamda DÖVLƏTimiz deyə xitab edirik. Budur XALQI ilə birləşən iqtidar. Əsrlərlə Azərbaycan adlı məmləkətin ərazi bütövlüyü uğrunda apardığı mübarizələrin ən pik, qələbə ilə sonuclanan zamanı... Bizə bu ərazisinə sahiblik, məmləkətinə yiyəlik hissini, azadlığı və qalibiyyəti bəxş edən Ali Baş Komandanımız, eşq olsun Sizə!
Qələbə! Bu qələbədən doğan NİDA... Qalibiyyət elə bir müdhiş hissdir ki, onu sadəcə “qalib gəldik” cümləsinə sığışdıra bilmirəm. Ərazi bütövlüyümüzü, SUVEREN Azərbaycan sərhədlərini bərpa etməyimiz, məmləkətimin hər addımında gözəlim Azərbaycan bayrağının var olması o qədər sevincli, qürurludur ki... Mən son 30 illik məhkumluğu, məcburluğu, gücsüzlüyü unutmuşam. Duyduğum YİYƏLİK hissi, sahiblik hissi o qədər böyükdür ki, bu GÜC və İRADƏ qarşısında baş əyməyə bilmirəm. Mən ömrümün sonuna qədər bu duyduğum qürur üçün bir vətəndaş olaraq dövlətimin, ölkəmin Liderinə - cənab İlham Əliyevə şəxsən borcluyam. Mən tarixi az-çox araşdıran biri kimi hələ dünən indi baş verənlərə utopik istək kimi baxmaq məcburiyyətində idim. İndi bu qalibiyyət bir xalq olaraq bizim üçün yeni məramla, yeni enerji ilə fərqli sabaha ən böyük addımdır,- deyə bilərik. Bu yazılanlara səbəbkar bir imza var - İLHAM ƏLİYEV.
Biz indiyə qədər bir münaqişə, bir mübahisə obyekti, bir feyk dövlətin yalançı tarixi qərar gözləntisinə, açıq qalmış sullara elə möhtəşəm CAVAB verdik ki! Və bu prosesləri ən doğru məcraya yönəldən şəxs İlham Əliyev oldu. Qəbul edən etdi, etməyəni də hesablaşmağa vadar etdi.
Bu gün Azərbaycanın 30 il düşmən əlində çeynənmiş torpaqlarında cənnət qurulur. Hər addımında, hər döngəsində YENİ Azərbaycan tikilir. Bu gün məzarının doğulduğu torpaqlarda olmasını vəsiyyət edən nəsil, ev-eşiyindən didərgin düşmüş soydaşlarımız indi öz EVİNƏ dönür. Daha abad, daha rövnəq evinə. Bu o qədər qarışıq sevinc hissləridir ki... Bu sevinci bizə yaşadan Lider İlham Əliyevdir.
Biz bu TARİXİ QƏLƏBƏNİN, parlaq tarixin, bu QAYIDIŞIN canlı şahidiyik. Bizi bu qələbənin şahidi, iştirakçısı edən Ali Baş Komandanımız İlham Əliyevlə minnətdarıq.
Vaxt gələcək... TARİXİMİZİN qızıl hərflərlə yazılan bölümündə bizim nəsil üçün “onlar İlham Əliyevin hakimiyyəti dövründə yaşamışdılar” deyəcəklər. “Onlar bizim tariximizə QƏLƏBƏ yazdılar” deyəcəklər.
Qarabağ Azərbaycandır!!!!