YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Hər bir azərbaycanlının Prezidenti”

2024-cü il tarixində fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Şərur rayonunun Xanlıqlar, Çəmənli və Arpaçay kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Günel Vəliyeva, Turan Həsənova, təşviqat qrupunun üzvləri Tahir Əliyev, Ələkbər Süleymanov, Adil Əhmədov, Əli İsmayılov, Musa Quliyev, Leyla Abbasova, Mikayıl Əliyev çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunu uğurla davam etdirməsi nəticəsində ölkəmiz bugünkü yüksəlişə və inkişafa nail olub.

Vurğulanıb ki, Prezident İlham Əliyev qətiyyətli və məqsədyönlü siyasət yürüdərək son 20 ildə xalqına verdiyi bütün vədləri yerinə yetirib. 

Seçicilər cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycanın yeni hədəflərə doğru inamla irəlilədiyini, habelə fevralın 7-də keçiriləcək prezident seçkilərində xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandana səs verəcəklərini bəyan ediblər.