Seçki-2024
“Gənclər qələbələrə imza atan Liderə səs verəcək!”
Şəmkir rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də YAP Şəmkir rayon təşkilatının qərərgahında gənc seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvləri Elvira Allahverdiyeva və Famil Həmidov çıxış ediblər. Natiqlər bildiriblər ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Məhz bu gənclik öz qalib Liderinə səs verərək gələcək inkişafa, davamlı rifaha dəstək olacaq.
Qeyd edək ki, Şəmkir rayonunun Şiştəpə və İrmaşlı kəndlərində də seçicilərlə görüş keçirilib.