YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"İlham Əliyev bu günədək bütün vədlərini yerinə yetirib"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Qazax rayon təşkilatında seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Bəsti Ələkbərova, İsgəndər Qurbanov, Kazım Kazımlı, Qədir Əfəndiyev, Pəri İbrahimova, Qasım Əliyev, Müslüm Məmmədov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib, 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, ərazi bütövlüyümüz bərpa edilib.

Qazanılan tarixi nailiyyətlər fonunda təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.