YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfərlərin Liderinə səs verək!

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Nərimanov rayonunda, eləcə də rayonun “İ. Hidayətzadə küçəsi 16” ünvanında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Eldar Abbasov, Elşad Məmmədov, Tahirə Şükürova və digərləri çıxış ediblər. Natiqlər seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırışlar ediblər.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.