Seçki-2024
Qalib xalqın tərəddüdsüz seçimi qalib Liderdir!
Zəngilanlı seçicilərlə görüşlər davam etdirilir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Sabunçu rayonu Pirşağı qəsəbəsində məskunlaşmış zəngilanlı seçicilərlə görüş keçirilib.
Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və təşviqat qrupunun üzvü Mübariz Quliyev çıxış ediblər. Natiqlər qeyd ediblər ki, regionda sülh və sabitliyin qarantına çevrilən Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı düşünülmüş məqsədyönümlü siyasətinin nəticəsində davamlı uğurlar qazanmaqdadır. Zəfər seçkiləri kimi qiymətləndirilən prezident seçkiləri ilk dəfə olaraq, suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş respublikamızın bütün ərazisində keçiriləcək.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının YAP himni səsləndirilib.