YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nurəddin Mehdixanlı: İlham Əliyev dünya azərbaycanlılarının qürur mənbəyidir

“Bildiyimiz kimi, 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək. Bir Azərbaycan vətəndaşı olaraq mənim dəstəklədiyim namizəd cənab İlham Əliyevdir”.

Bu fikirləri Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı bildirib.

N.Mehdixanlı qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dünya miqyasında ciddi nüfuz və söz sahibi olub: “Bu dövrdə Azərbaycan bütün sahələrdə ciddi uğurlar, nailiyyətlər əldə edib. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”,- deyən və bunu edən dövlət başçısı İlham  Əliyev dünya azərbaycanlılarının ümid yeri, qürur mənbəyidir. “Gün gələcək Azərbaycanın işğal altında olan torpaqlarını azad edəcəyik və işğal olunmuş bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq”,- deyən Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza tarixi Qələbə qazandırdı. Həmçinin “Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”,- deyən və heç bir kənar qüvvənin Azərbaycana təsir etməsinə imkan verməyən də cənab İlham Əliyevdir”.

Xalq artisti deyib ki, əgər biz bundan sonra da Azərbaycanın böyük uğurlar qazanmasını, ölkəmizin beynəlxalq aləmdə ciddi söz və nüfuz sahibi olmasını istəyiriksə, fevralın 7-də keçiriləcək prezident seçkilərində məhz cənab İlham Əliyevə səs verməliyik: “Həmçinin öz taleyimizin, öz tariximizin sahibi olmaq istəyiriksə, yenə də cənab İlham Əliyevi dəstəkləməliyik. Mən hər bir Azərbaycan vətəndaşını fevralın 7-də seçkilərə getməyə və cənab İlham Əliyevə səs verməyə çağırıram. Çünki mən əminəm ki, Azərbaycanı yeni qələbələrə, hədəflərə qovuşduracaq yeganə siyasi Lider məhz cənab İlham Əliyevdir”.