YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"İlham Əliyevin uğurlu siyasətini dəstəkləyirik"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Balakən rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, təşviqat qrupunun üzvləri  Xəlifə Mirəliyev, Fuad Mikayılov, Osman Əliyev və digərləri  çıxış ediblər. Vurğulanıb ki, ölkə gəncliyinin savadlı şəkildə yetişməsi və vətəninə faydalı olması üçün bütün imkanlar səfərbər edilib. Natiqlər gəncləri həm ictimai-siyasi həyatda, həm də seçki kampaniyasında daha fəal olmağa, 7 fevralda parlaq gələcəyə səs verməyə çağırıblar.

Çıxış edən gənclər Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətini böyük ruh yüksəkliyi ilə dəstəkləyəcəklərini bildiriblər.

Tədbirdə YAP sıralarına qəbul olunmuş gənclərə partiya biletləri təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.