YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müzəffər Liderlə yeni dövrün hədəflərinə doğru...

2024-cü il 7 fevral tarixində ölkəmizdə keçiriləcək  prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası  çərçivəsində YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, təşviqat qrupunun üzvləri - Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid Elmir Umudlunun atası Pərviz Umudov, Tofiq Salmanov, İlqar Rüstəmov və Əməkdar müəllim Fikrət Xəlilov çıxış ediblər. Cıxışlarda bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi. Bütün ölkə əhalisini əhatə edəcək bu seçkilər müstəqillik tariximizin  Zəfər seçkiləri olacaq. Soydaşlarımızın 30 ildən sonra doğma yurd-yuvalarında bu siyasi kampaniyanın iştirakçıları olmaları qürurverici hadisədir. Bu xoşbəxt, qürurverici hadisələrin müəllifi Prezident İlham Əliyevdir.  Prezidentlik dövrünün 20 ilinin tamam olmasına təsadüf edən bu seçkilər hesabat xarakteri daşıyır. Dövlət başçısı İlham Əliyev bu illər ərzində verdiyi hər bir vədi, qarşıya qoyduğu vəzifələri uğurla icra etdi, Azərbaycanı zəfərdən zəfərə apararaq 30 il işğal altında qalan torpaqlarına qovuşdurdu. 

Qeyd edilib ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri” devizi altında prezidentliyə namizədi cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyasını uğurla davam etdirir.

Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Seçicilər də qalib xalqın qalib Liderinə səs verəcəklərini, yeni dövrün yeni hədəflərinə doğru inamla addımlayacaqlarını bildiriblər.

Qeyd edək ki, həmin gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov adına parkda seçicilərlə səyyar görüş də keçirilib.