YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçimimiz verdiyi vədləri reallığa çevirən Liderdir!

Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, təşviqat qrupunun üzvləri Mehman Rzayev, Afaq Qasımova, Elgün Aslanov, Cavid Bağırzadə, Əhməd Məlikov, Çinarə Səfərova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlətimizin başçısı cənab İlham Əliyev xalqa verdiyi sözünü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qalib Prezidentimizin xalqa arxalanan siyasəti sayəsində Azərbaycan qısa müddətdə qüdrətli dövlətə çevrildi.

Natiqlər tədbir iştirakçılarını 7 fevral tarixində Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa, tərəqqiyə, verdiyi vədləri reallığa çevirən Liderə səs verməyə səsləyiblər.

Seçicilər də son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə başa çatıb.