YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarix yazan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Ağdam rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Natiq Cavadov, Xanım Əliyeva, qazilər Şamil Əbilov, Elşən Zeynalov İntiqam Quliyev, Marif Hüseynov, Bəhrəm Qurbanov və Yaşar Ağayev çıxış ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Dövlət başçısının uğurlu siyasəti sayəsində Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işlərinin uğurla davam etdirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması Prezident İlham Əliyevin dəmir iradəsinin və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, kampaniya çərçivəsində Bərdədə məskunlaşmış ağdamlı seçicilərlə də görüş olub.