Seçki-2024
Qalib xalqın seçimi!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Abşeron rayonunun Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində məskunlaşmış Qubadlı rayonundan olan seçicilər ilə görüş keçirilib.
Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Zakir Qasımov, Savalan İmanov və Xürrəm Həsənov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. 7 fevralda keçiriləcək prezident seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək.
Natiqlər seçiciləri prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər 7 fevralda seçki məntəqələrinə gedərək yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.