YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin gələcəyini etibarlı Liderə əmənat edək!

Nizami rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Nizami rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvləri Laura Quliyeva, Məhi Mehtiyev, Ramil Mehdiyev və başqaları çıxış ediblər.

Çıxışlarda xalqımızın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın xoşbəxt gələcəyinə - ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəyi qeyd olunub.

Təşviqat qrupunun üzvləri Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü bərpa olunan Azərbaycanın inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağına əminlik ifadə edib, seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə çağırıblar. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. 

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər keçirib, şəhid ailələrini və qaziləri ziyarət ediblər.