YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gələcəyimizin qarantı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Ordubad rayonunun Bist  və Nəsirvaz kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Aytən Cəfərova, Zakir Cabbarov, Teymur Balayev, Adim Yusifov, Cahangir Rzayev, Hikmət Xəlilov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, hazırda Azərbaycan regionun qalib ölkəsi kimi qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Natiqlər əminliklə qeyd ediblər ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran qalib Lider İlham Əliyev olacaq.