YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üzvləri Zülfüqar Cəfərov, Oruc Əhmədov, Sübhan Məmmədov və Samirə Mehtiyeva çıxış ediblər. Bildirilib ki, bu gün Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət onun bu seçkilərdə alternativsiz namizəd olduğunu bir daha təsdiq edir. Diqqətə çatdırılıb ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevə xalqımız hər zaman olduğu kimi  bu dəfə də böyük dəstək verəcək.

Çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.