YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Müzəffər Liderimizə minnətdarıq!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, qazilər Zahir Həsənov və Ehtiram Məmmədov, şəhid Taleh Kərimovun həyat yoldaşı Nəzakət İsmayılova, təşviqat qrupunun üzvləri çıxış ediblər. Tədbirdə çıxış edənlər cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışıblar. Qeyd edilib ki, bu dövrdə həm iqtisadi göstəricilər, həm də ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər 44 günlük Vətən müharibəsində böyük Zəfərin qazanılmasına imkan verib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandana öz minnətdarlıqlarını bildiriblər. Əminliklə bildiriblər ki, 7 fevral prezident seçkilərində onların yekdil seçimi qalib ölkənin qalib Lideri İlham Əliyevdir!

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.