Seçki-2024
Dəyişməz seçim qalib Liderdir!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası yanvarın 31-də Şahbuz rayonunun Ayrınc və Qızıl Qışlaq kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu, təşviqat qrupunun üzvləri Hənifə Əjdərov, Tamilə Baxşəliyeva, İsak Səfərov və Cəmilə Hacıyeva çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü siyasət və uğurlu iqtisadi-siyasi islahatlar ölkəmizin günü-gündən inkişaf etməsinə gətirib çıxarıb. Bildirilib ki, cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevirilib, son 20 ildə bütün sahələrdə dinamik inkişafa nail olunub.
Natiqlər seçiciləri bu inkişafın davamlılığı naminə qalib Liderə səs verməyə çağırıblar.