Seçki-2024
“Seçimimiz qalib Lider İlham Əliyevdir”
Zərdab rayonunda ziyalılar və ağsaqqallarla görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də YAP Zərdab rayon təşkilatının qərərgahında ziyalılar və ağsaqqallarla görüş keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, təşviqat qrupunun üzvləri Qədir Hüseynov, Əhliman Kərimov və Zemfira Eyvazova çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycanda bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət xətti təşkil edir. Hal-hazırda ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Bildirilib ki, Vətən müharibəsində Azərbaycanın qələbəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və ümumiyyətlə, tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Məhz bu qələbənin nəticəsidir ki, bu seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcək.
Seçicilər isə çıxışlarında fevralın 7-də seçki məntəqələrinə gedərək xalqa Qələbə sevinci yaşadan Liderə səs verəcəklərini deyiblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Məlikmudlu və Alıcanlı kəndlərində Vətən müharibəsi şəhidləri İbrahim Cəbrayıllının və Faiq Vəlizadənin ailələri ziyarət olunub.