YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Etimadımız sonsuzdur!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Culfa rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri Mübariz Allahverdiyev, Tərlan Nəcəfova, Ehtiram Süleymanov, Bəylər Qafarov, Aslan Quliyev, Yadulla Heydərov, Tural Qafarov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatik siyasət və ordu quruculuğu torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və bütün ölkə ərazisi üzərində konstitusiya quruluşunun bərpası ilə nəticələnib. Bu misilsiz və cahanşümul dövlətçilik siyasətinin nəticəsidir ki, bu gün xalq qalib Liderinə etimad göstərir.

Seçicilər artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.