YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Mingəçevir şəhərində seçicilərlə görüş keçirilib

2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Mingəçevir şəhərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə,  təşviqat qrupunun üzvləri İranə Həsənova, Ədalət Quliyeva, Esmira Salamova, Pərviz Məmmədov, Mustafa Muradov və Nizami İsmayılov çıxış ediblər. Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurlu icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Buna görə də seçicilər 7 fevral seçkilərində qalib Liderə səs verməyə dəvət olunub.

Qeyd edək ki, həmin gün Mingəçevirdə seçicilərlə səyyar görüşlər də keçirilib.