YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Kəlbəcərlilər qalib ölkənin qalib Liderinə səs verəcəklər!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də YAP Nəsimi rayon təşkilatının qərargahında Bakı şəhərində məskunlaşmış Kəlbəcər rayonundan olan ziyalılar, ağsaqqallar, gənclər, o cümlədən idmançılar, həmçinin  Xəzər rayonunun Qala qəsəbəsində və Oğuz rayonunun Calud-2 qəsəbəsində  məskunlaşmış kəlbəcərli sakinlər ilə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, təşviqat qrupunun üzvləri Aqil Əsədov,  Ələmdar Cabbarlı, Rizvan Sadıqov, Muğan Salahov, Aqil Camal, Rafiq Əliyev,  Ələmdar Geşdəkli, Ədalət Qafarlı və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın rəşadətli ordusu 30 illik işğala son qoyub. Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıblar.

Görüşdə çıxış edən seçicilər yekdiliklə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.