YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Laçınlı seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Bərdə rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüş keçirilib.

Görüşdə təşviqat qrupunun üzvü Şamo Qasımov, Mikayıl Zeynalov, Əsgər Əsayev və rayon sakini Şəfa Mirzəyev, Mehriban Baxşəliyeva çıxış ediblər. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər öz növbəsində əminliklə bildiriblər ki, Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və öz seçimini məhz buna əsaslanaraq edəcəklər.