Seçki-2024
Xalqımız qalib Lider İlham Əliyevlə qürur duyur
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvar Salyan rayonunda gənc seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Yaqut Ələsgərova və Fərqanə Cəbrayılova çıxış ediblər. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, qətiyyəti, yenilməz ordumuzun şücaəti sayəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən bəhs ediblər. eləcə də, Azərbaycanda son illərdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyi, gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəal rolu diqqətə çatdırılıb.
Gənc seçicilər isə Prezident İlham Əliyevlə qürur duyduqlarını bildirərək 7 fevralda qalib Liderə səs verəcəklərini bildiriblər.