YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Tarixi uğurlara İlham Əliyevin müdrik siyasəti sayəsində nail olmuşuq"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Gəncə şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə Milli Məclisin deputatları – YAP İdarə Heyətinin üzvü  Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, təşviqat qrupunun üzvləri Səbinə Əlizadə, Elgün Aslanov, Eldar Mehdiyev, Əlimuxtar Muxtarov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada, Laçında, işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Vaxtilə hədəf kimi qarşıya qoyulan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması bu gün artıq reallıqdır. Bu reallıq 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub.

Natiqlər çıxışlarında tədbir iştirakçılarını 7 fevral tarixində ölkəmizin yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləməsinə, şanlı Zəfərimizin memarı - cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.