YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Gələcəyə hesablanmış siyasət Azərbaycana davamlı uğurlar qazandıracaq"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, təşviqat qrupunun üzvləri Zaur Məmmədov, Mirfaiq Mirheydərli, Hicran Şərifov, Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, ərazi bütövlüyü və suverenliyini tam olaraq bərpa edən ölkəmiz bu gün siyasi, iqtisadi və hərbi baxımdan qüdrətli dövlətdir. Son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik, gələcəyə hesablanmış siyasət ölkəmizə davamlı uğurlar qazandırır.

Vurğulanıb ki, Prezident İlham Əliyevin ötən 20 ildə hər bir vədini reallığa çevirməsi, qətiyyətli və prinsipial mövqeyi Qərbi Azərbaycana qayıdışın da uzaqda olmadığını təsdiqləyir.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal olmağa və Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə dəvət ediblər.

Qeyd edək ki, Xətai rayonunda “qapı-qapı” məhəllə görüşlərinin qrafikinə uyğun olaraq seçicilərlə növbəti fərdi görüşlər Şıxlınski 59 və 57 ünvanları üzrə 4 mənzildə keçirilib.