YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Goranboylular ölkənin uğurlu inkişafına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Goranboy rayonunun Qaraçinar, Yenikənd, Şəfəq, Tatarlı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri İlhamə Qasımova, Azad Əhmədov, Göyüş Nağıyev, Cavid Mustafayev, İsgəndər Səklikov, İbrahim Həsənov,  Kəmalə İsmayılova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkəmiz tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.

Azərbaycanın möhtəşəm nailiyyətlərə doğru inamla addımladığını vurğulayan natiqlər seçiciləri bu yolda cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, rayonun Safıkürd kəndində seçicilərlə fərdi görüş də keçirilib.