Seçki-2024
“Şəmkir seçiciləri Böyük Qayıdışın müəllifinə səs verəcəklər!”
Şəmkir rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Şəmkirin rayonunun Tatarlı, Zəyəm-Cırdaxan və Dəllər-Cırdaxan kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Nurlan Həsənov, təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Hilal Məmmədov, Təhməz Mehtixanov, Ayaz Orucov, Sahibə Əmiraslanov çıxış ediblər. Çıxışlarda prezident seçkilərinin əhəmiyyətindən bəhs olunaraq vurğulanıb ki, bu seçki müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir.
Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də çıxış edərək ölkəmizin parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.