YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Naftalanlılar xoşbəxt gələcəyə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Naftalan şəhərində seçicilərlə görüş keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Hatəm Qocayev və Zülfümar Nuruyeva çıxış ediblər.

Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb, seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə  qalib Lider İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.