Seçki-2024
Qalib Liderlə parlaq gələcəyə doğru!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Kəngərli rayonunun Yeni Kərki və Xok kənd seçiciləri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatı Ehtimad Məmmədov, təşviqat qrupunun üzvləri Rəhman Həsənov, Mirabdulla Seyidov və Əfsanə Hüseynova çıxış ediblər. Çıxışçılar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib və dövlət bayrağımız bütün suveren ərazilərimizdə dalğalanır.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər qalib xalqın qalib Liderinin siyasətini hamılıqla dəstəklədiklərini, 7 fevral tarixində seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.