YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Xalq 30 illik Qarabağ həsrətinə son qoyan Liderə səs verəcək!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Bəşir Səfəroğlu,  Qərib Babayev, Rəşid Behbudov, Maqsud Əlizadə, Qoqol küçələri, Bülbül prospektində yaşayan seçicilər və rayonun qadın seçiciləri ilə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Nelli Veysova, Məhəbbət İbrahimova və Məhbubə Vəliyeva  çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir lider olduğunu bildiriblər.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.